sa sa 4337
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd edilib + Foto Mart 07, 2023 | 14:34 / Tədbirlər

Martın 7-də AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “8 mart – Beynəlxalq Qadınlar Günü”qeyd edilib. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru akademik İradə Hüseynova müəssisənin əməkdaşlarının əksəriyyətinin qadınlardan ibarət olduğunu bildirib. İnstitutun  pedaqoji və ictimai həyatında daim fəal rol oynayan xanım alimlərimiz müasir biologiya sahəsində elmi fəaliyyətləri, tədqiqatları ilə də böyük uğur qazanıblar. Akademik gənc alim və mütəxəssislərin də əksəriyyətini xanımların təşkil etdiyini bildirib. Onlar həm ölkə daxilində, həm də xaricdə keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq elmi konfrans və seminarlarda fəal iştirak edir, xarici ölkələrdə magistratura və doktoranturada təhsili alırlar. İ.Hüseynova MBBİ əməkdaşları arasında şəhid və qazi ailələrinin olduğunu və 44 günlük Vətən müharibəsində qazanılan qələbə üçün onlara borclu olduğumuzu vurğulayıb. Akademik qadınlarıa şəxsi həyat və karyeralarında müvəffəqiyyət arzulayaraq, bayram münasibətilə onları səmimi qəlbdən təbrik edib. AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, İlham Şahmuradov, İnstitutun icraçı direktoru, b.ü.f.d., dosent Ələmdar Məmmədov, b.e.d. Səftər Süleymanov, b.e.d. Şahniyar Bayramov, b.ü.f.d.  Nurməmməd Mustafayev qadınları təbrik edərək onlara ən xoş arzularını bildiriblər.