sa sa 526
Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının iclası keçirilib + Foto Mart 10, 2023 | 09:12 / Konfranslar, iclaslar

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının növbəti iclası keçirilib.

İclasda Problem şurasının işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

Tibb üzrə 10 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları tibb  üzrə fəlsəfə doktoru Aynur Safıyeva tərəfindən təqdim edilib.

Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 5 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 4 iş yenidən müzakiyə üçün geri qaytarılıb, iddiaçının iştirak etməməsi səbəbindən 1 işə baxılması təxirə salınıb.

science.gov.az