sa sa 578
“Elm” qəzetinin yeni sayı işıq üzü görüb Mart 13, 2023 | 09:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı nəşr edilib.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, “Heydər Əliyevin regionun inkişaf etdirilməsi siyasəti və müasir mərhələdə Azərbaycanın regional inkişafı”, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı”, “Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” mövzusunda keçirilən konfranslar, Avropa İttifaqının Qlobal Yanaşma Xidmətinin ekspertləri ilə görüş, Humanitar Elmlər Bölməsinin, eləcə də İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası, “Fransız Andre Qodard və onun dırnaqarası İran incəsənəti”, “Elmə həsr olunmuş ömür”, Dünya poeziyasının iftixarı Nizami Gəncəvi cənublu qələm sahiblərinin gözü ilə”, “Gəncliyin körpüləri” sərlövhəli məqalələr, elanlar, yeni nəşrlər və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az