sa sa 4670
MBBİ-də ikinci kurs magistrantlarının elmi-pedoqoji təcrübəsi davam edir + Foto Apr 05, 2023 | 16:00 / Dərslər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda II kurs magistrantlarının elmi-pedoqoji təcrübəsi davam edir. Aprelin 4 və 5-də magistrantlar Lamiyə Musayeva, Günay Musayeva, Səma Cəlilova, Brilyant Nağıyeva, Minarə Mirzəyeva və Həcər Həsənova “Bioenergetika”, “Heyvan biotexnologiyası”, “Genetik məlumatların ekspressiyasının tənzimlənmə mexanizmləri”, “Bioloji makromolekulların daşınmasının molekulyar mexanizmləri” və “Müasir biokimya” fənnlərindən mühazirə və seminar dərsləri keçiblər.