sa sa 4655
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Mülki Müdafiə dəstələrinin manqaları ilə təlim keçirilib + Foto Apr 07, 2023 | 15:00 / Dərslər

Aprelin 6-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Mülki Müdafiə dəstələrinin yanğın söndürənləri, rabitə və xilasetmə manqaları ilə təlim keçirilib. Təlimin keçirilməsində məqsəd yanğın baş verən zaman yanğından mühafizə qaydalarına uyğun olaraq xialsedicilər tərəfindən həyata keçiriləcək tədbirlərin müəyyən edilməsi olub. İnstitutun Mülki Müdafiə Qərargah rəisi İmanov Valeh yanğın söndürənlərin fəaliyyəti və vəzifələri, rabitə və xilasetmə manqalarının vəzifə borcları, yanğının qarşısını almaq üçün görülən tədbirlər haqqında məlumat verib. Daha sonra yanğınsöndürmə balonları və əleyhiqazların istifadə qaydaları nümayiş etdirilib.