sa sa 5097
BDU-nun istehsalat təcrübəsi keçən IV kurs tələbələrinin elmi seminarlarına başlanılıb + Foto Apr 12, 2023 | 12:54 / Seminarlar

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Bakı Dövlət Universitetinin istehsalat təcrübəsi keçən IV kurs tələbələrinin elmi seminarlarına başlanılıb. 11 aprel 2023-cü il tarixində keçirilən seminarda Bioadaptasiya laboratoriyasında təcrübə keçən tələbələr Nərgiz Məmmədova, Rəmalə Məmmədova, Kamran Mürsəlov, Şövkət Əliverdibəyli, Ləman Ədilova “Bitki viruslarının daşınmasında ksilema istismarı: yeni açılan cığır”, Genomun quruluşu və ekspressiyası laboratoriyasında təcrübə keçən Şəbnəm Mirzəzadə və Fidan Xalıqzadı “Mikro RNT-lər”, Fotobioenergetika laboratoriyasında təcrübə keçən Jalə Məhcanova və Əliyeva Nəcibə “Ferment aktivliklərinin pH vasitəsilə tənzimlənməsi”, Hüceyrənin membran sistemləri laboratoriyasında təcrübə keçən Xurda Tanrıverdizadə və Ləman Şıxəliyeva “Bitkilərdə fotosintetik aparatın molekulyar təşkili” və Xloroplastların fotokimyası laboratoriyasında təcrübə keçən Almaz Məmmədova və Aysu Süleymanova “Bitki fiziologiyasında nanohissəciklərin rolu” mövzularında institut alimləri qarşısında çıxış edərək verilən sualları cavablandırıblar.