sa sa 2207
“Bitkilərdə duzadavamlılıq mexanizmləri ˮ mövzusunda elmi seminar keçirilmişdir. + Foto Fev 12, 2019 | 14:36 / Seminarlar

Fevralın 12-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda b.ü.f.d. Ülkər İbrahimovanın “Bitkilərdə duzadavamlılıq mexanizmləri ˮ mövzusunda elmi seminarı keçirilmişdir. Məruzəçi şoranlığın qlobal ekstremal amil olduğunu diqqətə çəkərək torpaqların şorlaşması, şorlaşmaya səbəb olan amillər, dünya və Azərbaycanda olan şorlaşmış torpaqlar haqqında ətraflı məlumatlar vermişdir. O qeyd etmişdir ki, bitkiərdə təkamüldə şoranlığa adaptasiya üçün xüsusi uyğunlaşmalar əmələ gəlmişdir. Duzadavamlılığın orqanizm, hüceyrə və molekulyar səviyyədə baş verməsi nəzərə çatdırılmış, mexanizmlər izah olunmuşdur. Çıxışdan sonra geniş müzakirələr aparılmış, Ülkər İbrahimova verilən sualları ətraflı cavablandırmışdır.