sa sa 5234
Kembric Universitetinin professoru Qərib Mürşüdovun “Biostatistika” və “Struktur biologiyanın üsulları” ixtisas kurslarından mühazirələri başlayıb + Foto Apr 12, 2023 | 01:55 / Dərslər

Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun  rəhbəri, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri professor Qərib Mürşüdov AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun I kurs magistrantlarına  aprelin 11-də “Biostatistika”, bu gün isə “Struktur biologiyanın üsulları” ixtisas kursundan ilk mühazirələri keçib. Mühazirələrdə magistrantlardan əlavə institutun doktorant və dissertantları da iştirak ediblər. Qeyd etmək lazımdır ki, Qərib Mürşüdov mühazirələrini açıq dərs şəklində zoom platforması üzərindən aparır və maraqlanan hər kəs bu dərslərdən faydalana bilər.