AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda II kurs magistrantlarının elmi-pedoqoji təcrübəsi davam edir. Aprelin 11-13-də magistrantlar Xəyalə Əliyeva, Günel Hüseynova, Minarə Mirzəyeva, Lamiyə Musayeva və Günay Mustafayeva “Bioenergetika”, “Müasir biokimya”, “Bioenergetika” və “Heyvan biotexnologiyası” fənnlərindən mühazirə və seminar dərsləri keçiblər.