sa sa 664
Bakı Dövlət Universitetinin AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçən tələbələrinin təqdimatları dinlənilib + Foto Apr 27, 2023 | 15:38 / Mühüm hadisələr

Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin IV kurs tələbələrinin 28 nəfərdən ibarət olan heyəti AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçib. Tələbələrin fevral ayının 21-dən başlayan təcrübəsi aprelin 19-na kimi davam edib. Bu gün MBBİ-nin Proteomiks beynəlxalq laboratoriyasında, Genomun quruluşu və ekspressiyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Fotobioenergetika, Populyasiya genomiksi,  Xloroplastların fotokimyası,  Hüceyrənin membran sistemləri, Fotobioenergetika laboratoriyalarında təcrübə keçmiş tələbələrin təqdimatları dinlənilib. Tələbələr institut alimləri qarşısında qazandıqları təcrübi bacarıqlar, iştirak etdikləri elmi tədqiqat işləri haqqında məruzə edərək verilən sualları cavablandırdılar. Təqdimatlar növbəti günlərdə davam edəcək.