sa sa 1290
b.e.d. Şahniyar Bayramov Türkiyənin Antalya şəhərində RoxsyCOST proqramının üçüncü illik konfransında iştirak edib + Foto Apr 28, 2023 | 11:22 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Karbonun fotosintetik assimlyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisi, b.e.d. Şahniyar Bayramov 12.04.23-14.04.23 tarixlərində Türkiyənin Antalya şəhərində elmi ezamiyyətdə olub. Səfərin məqsədi RoxsyCOST proqramının üçüncü  illik konfransında iştirak etmək idi. Konfrans Akdeniz Universitetinin təşkilatçılığı ilə Akra Barut Hotelində keçirilib. Konfransda bitkilərdə hipoksiya təsirindən baş verən dəyişikliklər, meyvələrin yetişməsi və onların saxlanması zamanı müasir fizioloji, genomiks və metabolomiks səviyyələrində aparılan tədqiqatlar və yetişmədən sonra uzun müddət saxlanmanın iş prinsiplərini əhatə edən təqdimatlar edilib. Dinlənilən məruzələr ətrafında maraqlı fikir mübadiləsi aparılaraq, bu sahədə olan problemlər geniş müzakirə olunub. RoxyCOST proqramının işçi qrupunun üzvi kimi Ş. Bayramov konfransın işində fəal iştirak etməklə yanaşı bu sahədə çalışan tədqiqatçılarla gələcək elmi əməkdaşlıq yollarını müzakirə edib.