sa sa 446
“Elm” qəzetinin yeni sayında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş məqalələr yer alıb Apr 28, 2023 | 15:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Bolqarıstana dövlət səfərinə dair məlumat yer alıb.

Bundan əlavə, AMEA və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir, Beynəlxalq Türk Akademiyasının iclası, “Heydər Əliyev və Azərbaycan incəsənəti”, “Heydər Əliyev və Azərbaycan”, “Riyaziyyat və mexanikanın müasir problemləri”, “Novator alim, işıqlı şəxsiyyət” mövzusunda konfranslar, “Azərbaycanda oftalmologiya elmi məktəbinin banisi”, “Akademik Zərifə Əliyevanın mərhəmət və şəfqət ənənələri Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində”, “Akademik Zərifə Əliyevanın zəngin irsi”, “İdrakın elmi metodu və yaradıcı qavrayışın birləşməsi”, “Qurban Səidin (Məhəmməd Əsəd, Lev Nissimbaum) qəhrəmanı nəyə görə Azərbaycan dilində bayatı-şikəstə oxuyur?”, “İşğal dövründə qarət olunmuş mədəni irsimizdən: Sonasar xəzinəsi” sərlövhəli məqalələr, yeni nəşrlər, elanlar, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az