sa sa 516
Bakı Dövlət Universitetinin AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçən tələbələrinin təqdimatları davam edib + Foto May 02, 2023 | 15:11 / Mühüm hadisələr

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçən Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin IV kurs tələbələrinin qazandıqları təcrübi bacarıqlar, iştirak etdikləri elmi tədqiqat işləri haqqında təqdimatları davam edib. Bu gün MBBİ-nin Bioadaptasiya, Bitki biotexnologiyası, Populyasiya genomiksi laboratoriyalarında təcrübə keçmiş tələbələrin çıxışları dinlənilib. Tədbirdə İnstitutun baş direktoru, AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova və institutun alimləri iştirak edib. Akademik İradə Hüseynova tələbələrin elmi tədqiqat institutunda aparılan işlərlə yaxından tanış olması, onların elmə cəlb olunması, elm-təhsil əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən bəhs edərək gənclərə öz tövsiyyələrini verib.