sa sa 557
MBBİ-də Ümummilli Lider Heydər Əliyevin 100 illik Yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib + Foto May 10, 2023 | 12:26 / Mühüm hadisələr

Bu gün AR-ETN Molekulyar Biolgiya və Biotexnologiyalar İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik Yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Ulu Öndərin keçdiyi şərəfli həyat yolundan, onun alimlərə, elmə verdiyi dəyərdən, ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən bəhs edib. O qeyd edib ki, institutumuzda çalışan gənclər onlar üçün yaradılan imkanları qiymətləndirərərək elmi inkişafına öz töhfələrini verməlidirlər. Daha sonra MBBİ-nin əməkdaşları institutun həyətyanı sahəsində çinar ağacları və qızılgüllər əkiblər. Bu aksiyanın məqsədi Ulu Öndərin cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.