sa sa 473
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının xüsusi iclası keçirilib + Foto May 10, 2023 | 16:32 / Konfranslar, iclaslar

Mayın 10-da Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın vitse-prezident akademik İradə Hüseynova Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, onun alimlərə, elmə verdiyi dəyərdən bəhs edib. Akademik bildirib ki, Azərbaycanın bugünkü uğurları məhz müasir Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilib. İradə Hüseynova institutun yaradıcısı akademik Cəlal Əliyevin 95 illik yubileyi ilə bağlı tədbirlər planını şura üzvlərinin diqqətinə çatdırırb.  Daha sonra Proteomiks beynəlxalq laboratoriyasının müdiri, b.ü.f.d. İsmayıl Zülfüqarovun 14-17 may 2023-cü il tarixlərində Avropa İqlim konfransında iştirak etmək üçün Polşa Respublikasının Varşava şəhərinə və 06-09 iyun 2023-ci il tarixlərində Avropa Şurasının Biotibb və Sağlamlıq Sahəsində İnsan Hüquqları üzrə Rəhbər Komitəsinin (CDBIO) növbəti plenar iclasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə ezam edilməsi, Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Gülnarə Balakişiyevanın 21-25 may 2023-cü il tarixlərində Sultan Qabus Universitetində keçiriləcək 5-ci Beynəlxalq Fitoplazmoloqlar konfransında iştirak etmək üçün Oman Sultanlığına ezam edilməsi haqqında məsələlərə baxılıb. Bununla da Elmi şura öz işini başa çatdırıb.