sa sa 527
İtaliyalı alim Françesko Paoloççi AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub + Foto May 12, 2023 | 15:30 / Görüşlər

Mayın 11-də İtaliyanın Milli Tədqiqat Şurasının Bioelmlər və Bioresurslar İnstitutunun professoru Françesko Paoloççi AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub. Qonağı İnstitutun baş direktoru AMEA-nın vitse prezident, akademik İradə Hüseynova qəbul edib. Françesko Paoloççi İnstitutun müasir avadanlıqlarla təchiz olunmuş Bioadaptasiya, Bioinformatika, Fotobioenergetika, Hüceyrənin membran sistemləri və Genomun quruluşu və ekspressiyası laboratoriyalarında aparılan elmi işlərlə tanış olub.  Professor Françesko Paoloççi ilə gələcək elmi əməkdaşlığın perspektivləri müzakirə olunub.