11 may 2023-cü il tarixində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə doktoru hazırlığı proqramı üzrə doktorantların attestasiyası keçirilib.İnstitutun baş direktoru akademik İradə Hüseynovanın 12 aprel 2023-cü il tarixli 22 saylı əmri ilə yaradılmış Attestasiya Komissiyası qarşısında doktorantlar ötən il ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat veriblər. Doktorantların konfrans və təcrübə keçmələrdə iştirakı, çap işləri müzakirə edilib. Attestasiya Komissiyası tərəfindən fərdi iş planlarında nəzərdə tutulan işlərin yerinə yetirilmə dərəcəsindən asılı olaraq, doktorantlar tam və şərti olaraq attestasiya olunublar.
Eyni zamanda institutun təhsil müddəti başa vurmuş doktorantları da komissiya qarşısında dissertasiya işlərinin cari vəziyyəti haqda məruzə ediblər. Komissiyanın sədri akademik İradə Hüseynova gənclərin inkişafı üçün institutda hər bir şəraitin yaradıldığını qeyd edib və doktorantlara dissertasiya işlərinin vaxtında tamamlanması tövsiyyələrini verib.