sa sa 423
Azərbaycanın prioriteti gənclərdir + Foto May 19, 2023 | 13:51 / Mühüm hadisələr

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Mikroorqanizmlər uşaqların gözü ilə” III Respublika müsabiqəsi başa çatıb. Mükafatlandırma mərasimi AMEA-nın əsas binasında keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova qeyd edib ki, elmi-innovativ təşəbbüslərin təbliği və gənclərin elmi fəaliyyətə cəlb edilməsi Azərbaycan elmi və təhsilinin qarşısında duran mühüm istiqamətlərdən biridir. Elmi müsabiqəmizin əsas məqsədi şagirdlərin mikrobiologiya kimi elmə marağını daha da artırmaq, eyni zamanda, bu sahədə nəzəri və praktiki bilikləri təkmilləşdirmək, yaradıcı təfəkkürün inkişafına xidmət edən qabiliyyətləri üzə çıxarmaqdan ibarətdir. 

br.az