sa sa 588
“Elm” qəzetinin növbəti sayı çap olunub May 19, 2023 | 16:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın XVI “Caspian Agro” və XXVIII “InterFood Azerbaijan” sərgiləri ilə tanış olmalarına dair məlumat yer alıb.

Bundan əlavə, “Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda konfrans, “Heydər Əliyev: xalqa həsr olunmuş ömür” kitabının təqdimatı, AMEA-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş elmi sessiya, İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin yüksək elmi nəticələri, “Əlyazmalar İnstitutu Heydər Əliyevin əsəridir” sərlövhəli məqalə, yeni nəşrlər, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az