sa sa 370
Akademik İradə Hüseynova: “Qırmızı kitab”ın üçüncü nəşrində işğaldan azad edilmiş ərazilərdə tədqiqat işləri, monitorinqlər aparılıb May 23, 2023 | 16:00 / Konfranslar, iclaslar

“Qırmızı kitab”ın yeni nəşri zamanı Türkiyə, Rusiya, Avropa ölkələrinin təcrübəsindən yararlandıq. Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin alimləri tərəfindən Azərbaycanda təlim kursları keçirildi”.

Bunu AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bunlar da kriteriya və kateqoriyaların dəqiq müəyyənləşdirilməsinə çox kömək edib:

“Nəşr iki dildədir: Azərbaycan və ingilis. Beynəlxalq ekspertlərin də rəyi var. Onlar da çox yüksək dəyərləndirirlər. Çalışmışıq ki, maksimum original şəkillər olsun”.

İradə Hüseynova qeyd edib ki, üçüncü nəşrdə bundan əvvəlki nəşrdən fərqli olaraq işğaldan azad edilmiş ərazilərdə də tədqiqat işləri, monitorinqlər aparılıb:

"Qırmızı kitab"a həmin ərazilərdən də müəyyən növlər daxil edilib. Xüsusilə Şuşa, Kəlbəcər Zəngilan, Füzuli, Laçında olan monitorinqləri qeyd etmək istərdim. "Qırmızı kitab"a növlər daxil olunarkən sayı və arealları nəzərə alınır. Əgər sayı və arealları çox ciddi azalırsa, onu "Qırmızı kitab"a daxil edirik. Digər tərəfdən kitabın birinci və ikinci nəşrində olan bəzi növlər qırmızı siyahıdan çıxarılaraq çəhrayı siyahıya daxil edilib. Çünki onların areallarında və saylarında bərpa prosesinin getdiyi müşahidə olunub. Hətta elə növlər var ki, ilk iki nəşrə daxil edilsə də, 50-60 ildir heç bir yerdə təsadüf olunmayıb. Onları üçüncü nəşrə daxil etmədik. Çünki növ 50 ildən artıq bir müddətdə rast gəlinmirsə, onu "Qırmızı kitab"da saxlamağın mənası yoxdur. Növbəti kitabın 2033-cü ildə nəşr edilməsi nəzərdə tutulub. Çalışacağıq ki, növbəti nəşri daha da yaxşı olsun Dördüncü nəşrdə yeni ideyalar təqdim etmək niyyətindəyik".

APA