sa sa 464
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya şurasının iclası keçirilib + Foto May 25, 2023 | 16:00 / Konfranslar, iclaslar

 Mayın 25-də AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya şurasının iclasında 2411.02 - “Bitki fiziologiyası” ixtisası üzrə iddiaçı-Atabəy Cahangirovun “Dağlıq Şirvanın dəmyə şəraitində payızlıq yumşaq buğdanın (Triticum aestivum L.) seleksiyasının morfofizioloji əsasları” mövzusunda elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin təqdimatı keçirilib. Təqdim edilən dissertasiya işinin elmi rəhbəri AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynovadır. Dissertasiya işinə dörd opponent təklif edilib. AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor İbrahim Əzizov, biologiya elmləri doktoru, dosent Vilayət Abdıyev, biologiya elmləri doktoru, dosent Tatyana Savçenko və biologiya elmləri doktoru, dosent Hamlet Sadıqov dissertasiya işinin opponenti olmağa razılıqlarını bildiriblər.