sa sa 640
28 may Müstəqillik günüdür May 26, 2023 | 14:50 / Mühüm hadisələr

1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti -müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Xalq Cümhuriyyətinin yaranmasında və fəaliyyət göstərməsində böyük xidmətləri olan Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi görkəmli dövlət xadimlərini, vətənpərvər ziyalıları, peşəkar hərbçiləri xalqımız heç zaman unutmayacaq.  1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz bərpa olundu. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur. Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Məhz Prezident, Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində Azərbaycan xalqı artıq 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Bu əziz bayram erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur. Üçrəngli bayrağımız doğma Qarabağda – Şuşada, Ağdamda, Zəngilanda, Cəbrayılda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda və Laçında qürurla dalğalanır.