sa sa 1914
MBBİ-nin əməkdaşı Beynəlxalq Fitoplazmoloqlar İşçi Qrupunun 5-ci Konfransında iştirak edib + Foto May 30, 2023 | 15:50 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Gülnarə Balakişiyeva 22-26 may tarixlərində Omanda elmi ezamiyyətdə olub. Ezmiyyət dövründə G. Balakişiyeva Beynəlxalq Fitoplazmoloqlar İşçi Qrupunun 5-ci Konfransında iştirak edib. G. Balakişiyeva konfransın “Karantin əhəmiyyətli fitoplazma xəstəlikləri “ sessiyasına sədrlik etmiş, “Dünyada Fitoplazma xəstəlikləri” sessiyasında isə “Azərbaycanda fitoplazma xəstəlikləri: tarixi perspektiv” mövzusunda şifahi məruzə ilə çıxış etmişdir. Əməkdaşımız konfransa qatdığı dəyərə görə fərqlənmə sertifikatı ilə və fitoplazmaların təqiqi sahəsində gördüyü işlərə görə isə “Monique Garnier” mükafatı ilə təltif edilib. Qeyd edək ki, konfransda müxtəlif ölkələrdən olan 200-dən artıq iştirakçı arasında yalnız iki nəfər bu mükafata layiq görülüb.