sa sa 439
MBBİ-nin magistrantlarının dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib + Foto İyn 07, 2023 | 15:22 / Mühüm hadisələr

İyunun 7-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şuarasının genişləndirilmiş iclasında “Molekulyar biologiya”, “Biotexnologiya” və “Biokimya” ixtisasları üzrə təhsil alan II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib. İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın sədrliyi ilə keçirilən iclasda magistrantlar yiyələndikləri tədqiqat metodları və əldə etdikləri elmi nəticələr haqqında Elmi şura üzvləri və institutun digər alimləri qarşısında təqdimatla çıxış ediblər. İddiaçılara dissertasiya işləri ilə bağlı çoxsaylı suallar verilib, təklif və tövsiyyələr bildirilib.