sa sa 546
15 iyun-Azərbaycan xalqının milli qurtuluş günüdür İyn 14, 2023 | 14:34 / Mühüm hadisələr

İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Ölkəmizdə Ulu Öndərin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Azərbaycan xalqının milli qurtuluş gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu gün hər bir azərbaycanlı xalqına ləyaqətlə xidmət göstərmiş əbədiyaşar lideri ulu öndər Heydər Əliyevi böyük rəğbət və ehtiramla yad edir.