sa sa 1551
MBBİ-nin əməkdaşları Bakı Ali Neft Məktəbində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın qalibləri sırasındadır + Foto İyn 21, 2023 | 10:06 / Konfranslar, iclaslar

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bitki biotexnologiyası laboratoriyasının elmi işçisi Günay İsmayılova və Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Naimə Niyazova SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında iştirak ediblər. Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı "Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru: Daha yaxşı bir dünya qurmaq üçün yeniliklər" mövzusuna həsr olunub. Konfransa Azərbaycan universitetləri ilə yanaşı, Almaniyanın Ştutqart Universiteti, Çin Xalq Respublikasının Şanxay Jiao Tong Universiteti, İspaniyanın Valyadolid Universiteti, Rusiyanın A.N. Frumkin adına Fiziki Kimya və Elektrokimya İnstitutu, ABŞ-nin Oklahoma Universitetindən də tezislər qəbul olunub. MBBİ-nin gənc tədqiqatçıları kofransın qalibləri sırasında mükafatlandırılmışlar.

bhos.edu.az