sa sa 598
Iyunun 30-da böyük alim, görkəmli ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin anadan olmasının 95-ci ildönümüdür + Foto İyn 30, 2023 | 10:43 / Mühüm hadisələr

Iyunun 30-da böyük alim, görkəmli ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin anadan olmasının 95-ci ildönümüdür. Bu münasibətlə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova başda olmaqla, Cəlal Əliyev məktəbinin yetirmələri Fəxri xiyabanda olublar.

Əsası akademik Cəlal Əliyev tərəfindən qoyulan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə yanaşı, Azərbaycan Respublikası KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da Cəlal Əliyevin məzarını ziyarət edib, əziz xatirəsini yad edərək abidəsi önünə əklillər və gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.