sa sa 5385
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb + Foto İyl 03, 2023 | 14:34 / İmtahanlar

İyulun 3-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yay imtahan sessiyasının sonuncu imtahanları keçirilib. İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova imtahanların gedişi ilə tanış olub. Molekulyar Biologiya və Bitki fiziologiyası ixtisasları üzrə təhsil alan magistrantlar “Bioloji makromolekulların daşınmasının molekulyar mexanizmlərinin əsasları”, Biotexnologiya ixtisası üzrə təhsil alan tələbələr “Tibbi biotexnologiya”, Biokimya ixtisası üzrə təhsil alan tələbələr isə “Müasir biokimya”fənnlərindən imtahan veriblər. İmtahanlar uğurla başa çatıb.