Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistraturada təhsilin ikinci semestrini uğurla başa vurmuş magistrantların attestasiyası keçirilib. İnstitutun baş direktoru akademik İradə Hüseynovanın 25 yanvar 2023-cü il tarixli 29 №-li əmri ilə yaradılmış Attestasiya Komissiyası tərəfindən hər bir magistrantın imtahan nəticələri, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi müzakirə edilib. Attestasiyada “Molekulyar biologiya”, “Biokimya”, “Biotexnologiya” və “Bitki fisiologiyası” ixtisasları üzrə təhsil alan 12 magistrant iştirak edib. Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.