sa sa 2849
“Elm” qəzetinin növbəti sayı çap olunub İyl 07, 2023 | 14:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünə dair icmal yer alıb.

Bundan əlavə, “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda və AMEA Gəncə Bölməsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi konfranslar, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Bolqarıstan səfəri,  Şəki Regional Elmi Mərkəzinin fəaliyyəti ilə tanışlığı və Şəkidə “İnnovativ ideya düşərgəsi”nin açılışında iştirakı ilə bağlı yazılar, eləcə də “Scopus bazasında indeksləşən jurnalların reytinqində Azərbaycan elmi jurnallarının yeri” adlı məqalə”, Azərbaycan-Özbəkistan elmi-mədəni əlaqələrinə dair müsahibə, Dilçilik İnstitutunun mühüm elmi nəticələrindən bəhs edən yazı və digər informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az