sa sa 2273
ABŞ-ın Nebraska Universitetinin professoru Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda məruzə ilə çıxış edib + Foto Sen 27, 2017 | 14:45 / Mühüm hadisələr

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ABŞ-ın Nebraska Universitetinin nəzdində fəaliyyət göstərən Xərçəng və Onu Müşayiət Edən Xəstəliklərin Tədqiqi üzrə Eppley İnstitutunun laboratoriya rəhbəri, professor Tahir Tahirovun iştirakı ilə seminar keçirilib. O, "Runx1 və Ets1 vasitəsilə DNT-nin kooperativ əlaqəsinin struktur əsasları" mövzusunda məruzəsini təqdim edib. Alimin məruzəsi institutun əməkdaşları və gənc mütəxəssislər tərəfindən maraqla qarşılanıb. Professor T.Tahirov insan DNT-sinin replikasiya mexanizminin struktur səviyyədə tədqiqi üzrə dünyada aparıcı mütəxəssislərdəndir. O, 120-dən çox elmi məqalənin müəllifidir. Alimin məqalələri "Nature" və "Science" kimi nüfuzlu elmi jurnallarda çap olunub.