sa sa 2076
“İstilik şoku zülallarının tumoroqenezdə rolu» mövzusunda elmi seminar keçirilmişdir + Foto Fev 22, 2019 | 15:08 / Seminarlar

Fevralın 22-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda institutun 3-cü kurs doktorantı  Səidə Zülfüqarova  “İstilik şoku zülallarının tumoroqenezdə rolu» mövzusunda çıxış etmişdir. Məruzəçi istilik şoku zülallarının  funksiyasi, təsnifatı və  onların şiş hüceyrələrində rolunu diqqətə çəkərək, onlardan vaksinlərin hazırlanması haqqında ətraflı məlumat vermişdir. Təqdim edilən məruzə seminar iştirakçılarının marağına səbəb olaraq geniş müzakirə edilmişdir. S.Zülfüqarova verilən sualları ətraflı cavablandırmışdır.