sa sa 3336
“Elm” qəzetinin növbəti sayı çap olunub İyl 14, 2023 | 13:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin 3 dildə fəaliyyət göstərən həftəlik mətbu orqanı olan “Elm” (“Наука”; “Science”) qəzetinin növbəti sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Mərkəzi Nəbatat Bağının ərazisində aparılan abadlıq, yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olmaları barədə məlumat yer alıb.

Bundan əlavə, AMEA Rəyasət Heyətinin iclası, Akademiyada “Məzun günü”, AMEA ilə ULAKBİM arasında onlayn görüş, İctimai Elmlər Bölməsinin Elmi şurasının iclasında Üzərliktəpə qədim yaşayış yerində aparılan arxeoloji tədqiqatlarla bağlı dinlənilən məruzə, “Azərbaycan ədəbiyyatında görkəmli dövlət xadimi və qüdrətli şəxsiyyət Heydər Əliyev obrazı”, “Heydər Əliyevin baxışı və yüksələn Azərbaycan”, “AMEA Naxçıvan Bölməsinin 2023-cü ilin birinci yarısında elmi və elmi-təşkilati fəaliyyəti” sərlövhəli məqalələr, Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə ilə müsahibə və digər informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az