sa sa 5129
MBBİ-nin əməkdaşları elmi ezamiyyətdə olublar + Foto İyl 17, 2023 | 11:45 / Ezamiyyətlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d. Samirə Rüstəmova və böyük laborantı Xəyalə Əliyeva, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d. Ulduzə Qurbanova və Genomun quruluşu və ekspressiyası laboratoriyasının böyük laborantı Qönçə Ələkbərova iyulun 11-12-də Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar. Ezamiyyənin məqsədi GWAS analizi üçün əkilmiş buğda genotiplərində sünbül əlamətləri üzrə fenotipləmənin aparılması olmuşdur. 217 buğda nümunəsinin hər birindən 10-12 ədəd sünbül yığılmış və bitkilərin boyu ölçülmüşdür. Yığılmış sünbüllər laboratoriyaya gətirilərək eni, uzunluğu, sünbülcük sayı, bir sünbüldə olan dənlərin sayı, 1 sünbülə düşən dənlərin kütləsi, 1 dənin kütləsi və s. kimi fenotipik əlamətlərin ölçülməsi və bu əlamətlərin “35K Genotyping Array” yanaşması ilə əldə edilmiş genotiplənmə nəticələri ilə müqayisəli analizi nəzərdə tutulub.