sa sa 4045
“Elm” qəzetinin yeni sayı işıq üzü görüb İyl 24, 2023 | 09:51 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin nümayəndə heyəti ilə görüşünə dair məlumat və AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyevin təltif edilməsi haqqında Sərəncam yer alıb.

Bundan əlavə, qəzetdə AMEA-da “Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” mövzusunda respublika konfransı, eləcə də AMEA-nın “Heydər Əliyev İli” çərçivəsində YAP Yasamal royon təşkilatı ilə birgə tədbirinə dair yazılar, AMEA prezidenti, akademik İsa Həbibbəylinin keçirdiyi müşavirə və iclas barədə xəbərlər, AMEA-nın Beynəlxalq Elmi Şuraya üzüvlü və digər əhəmiyyətli tədbirlərə dair məlumatlar dərc edilib.

Bügünkü sayda “Heydər Əliyev ideyaları və qalib Azərbaycan”, “Azərbaycan multikulturalizminin banisi” adlı məqalələr, o cümlədən Lənkərən Regional Elmi Mərkəzinin əldə etdiyi mühüm elmi nəticələr və mikologiya sahəsində beynəlxalq miqyasda tanınmış alim haqqında yazılarla tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində seysimik proqnozlaşdırmanın etibarlılığı və təhlükənin qiymətləndirilməsi, həmçinin qlobal miqrasiya böhranı mövzularında müsahibələr və texnoloji yeniliklərə dair informasiyalar yer alıb.

science.gov.az