sa sa 4557
Azərbaycanlı alim tərəfindən COVID-19-un bütün variantlarına qarşı effektiv peyvənd hazırlanıb Avg 09, 2023 | 14:00 / Nəşrlər

Türkiyənin Akdeniz Universitetinin (Türkiyə) professoru, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının müdiri, Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Vaksin Elmi Komitəsinin üzvü, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərlik etdiyi qrup növbəti uğura imza atıb.

Qrupun COVID-19-a qarşı peyvənd hazırlanması ilə bağlı uzun müddət apardığı tədqiqatların nəticələrini əks etdirən “Plant-produced RBD and cocktail-based vaccine candidates are highly effective against SARS-CoV-2, independently of its emerging variants” (Bitki mənşəli RBD və kokteyl əsaslı peyvənd namizədləri yeni variantlardan asılı olmayaraq, SARS-CoV-2-yə qarşı yüksək effektivliyə malikdir) adlı yeni məqalə nüfuzlu “Frontiers in Plant Science” (İmpakt factor - 6.627) jurnalında dərc olunub.

Məlumdur ki, Yer kürəsində 7 milyondan çox insanın ölümünə səbəb olan və hələ də hər gün dünyada 300-400 nəfərin həyatını itirməsi ilə nəticələnən SARS-CoV-2/COVID-19-un bütün variantlarına, xüsüsən də hazırda dominant olan Omikron variantına qarşı indiyədək heç bir təsdiq olunmuş effektiv peyvənd hazırlanmayıb. Milyonlarla insan üçün istifadə olunmuş Pfizer-BioNTech COVID-19 peyvəndi iki dozadan sonra (yəni insan orqanizminə 60 mikroqram sintetik mRNT vurulduqdan sonra) belə Omikron variantına qarşı təsirsizdir.

Aparılan tədqiqatlar göstərmişdir ki, professor Tərlan Məmmədovun rəhbərliyi altında Akdeniz Universitetində hazırlanmış protein əsaslı peyvənd Omikron da daxil olmaqla bütün variantlara qarşı təsirlidir. Qeyd olunmalıdır ki, bu peyvənd artıq 2020-ci ilin avqust ayında insanlar üzərində klinik sınaqların aparılması üçün hazır idi və Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salınmışdı. Hazırda dərc edilən məqalə vaksinin yüksək effektivliyinin daha bir sübutu hesab edilə bilər.

Qürurvericidir ki, bu məqalə Delta və Omikron da daxil olmaqla SARS-CoV-2-nin bütün ortaya çıxan variantlarına qarşı əhəmiyətli dərəcədə təsirli/effektiv olan peyvəndin təsviri haqqında dünya üzrə ilk hesabatlardandır.

Məqaləyə ilə buradan tanış ola bilərsiniz.

science.gov.az