sa sa 5152
“Elm” qəzetinin yeni sayı işıq üzü görüb Sen 11, 2023 | 11:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin sentyabr ayında ilk sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin Türk dövlətlərinin Bakıda keçirilən tədbirlərdə iştirak edən nazirləri ilə görüşünə dair icmal və “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nda AMEA-nın müvafiq vəzifəsi ilə bağlı xəbər yer alıb.

Bundan əlavə, qəzetdə AMEA-da yeni iş mövsümünün başlanması münasibətilə qarşıda duran vəzifələrə dair müşavirəyə, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Türkiyədə elmi qurumlarda görüşlərinə, eləcə də respublika səviyyəli “Azərbaycan Dili və Ədəbiyyatı Forumu”nda çıxışına dair yazılar, AMEA prezidentinin səfərləri, görüşləri barədə xəbərlər və digər əhəmiyyətli tədbirlərə dair məlumatlar dərc edilib.

Bugünkü sayda Azərbaycan-Türkiyə elmi əlaqələrindən bəhs edən məqalə və yeni elmi nəşrlərlə tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində AMEA prezidentinin Bolqarıstan Duzdağ arxeoloji ekspedisiyasının işi ilə tanışlığı mövzusunda yazı, Təbiət Tarixi Muzeyinin elmi əlaqələrindən bəhs edən məqalə, həmçinin son elmi yeniliklərə dair informasiyalar yer alıb.

science.gov.az