sa sa 2306
Akademik Akif Əlizadənin 85 yaşı tamam olur Fev 25, 2019 | 16:31 / Yubileylər

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin 85 yaşı tamam olur. Görkəmli alim, ictimai xadim A.Əlizadə Azərbaycanda geologiya elmindəki zəngin xidmətlərinə görə “Əməkdar elm xadimi” adına layiq görülmüş, Azərbaycan Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunmuşdur.

2013-cü ildə AMEA-nın prezidenti vəzifəsinə seçildiyi müddətdən indiyə qədər akademikin Azərbaycanda elmin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və respublikanın elmi-texniki inkişaf strategiyasının yaradılmasında, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində böyük rolu olmuşdur.

Başda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova olmaqla, institutun kollektivi adından akademik Akif Əlizadəni yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda nailiyyətlər arzulayırıq.