AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2023-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya “Biokimya”,“Biotexnologiya” və “Bitki fiziologiyası” ixtisasları üzrə qəbul imtahanları keçirilib. İnstitutun baş direktoru, AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynovanın 7 sentyabr 2023-cü il tarixli 256, 257 və 258-saylı əmrləri ilə hər bir ixtisas üzrə imtahan komissiyaları təşkil olunub. Sentyabrın 12-də Cəfərova Vüsalə “Biotexnologiya”, sentyabrın 13-də Şabanova Mehriban və Süleymanov Ruslan “Biokimya”, Mustafayeva Nihal isə “Bitki fiziologiyası” ixtisası üzrə imtahan veriblər. Namizədlər imtahanları yüksək nəticə ilə başa vurublar.