sa sa 3679
MBBİ-də Elmi şüranın növbəti iclası keçirilib + Foto Sen 15, 2023 | 16:39 / Konfranslar, iclaslar

Molekulyar Biologiya və Biotexnologiyalar institutunda Elmi şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan AMEA-nın vitse prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. Akademik şura üzvlərini AMEA-nın magistraturasında təhsil alan tələbələrin Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinə köçürülməsi haqqında AMEA prezidentinin 1 sentyabr 2023-cü il tarixli 205 №-li sərəncamının mətni ilə tanış edib, doktoranturaya sənəd vermiş iddiaçıların ixtisas imtahanlarının nəticələri haqqında məlumat verib. İclasda dosent elmi adına iddiaçı b.ü.f.d. Mayaxanım Xanışovanın namizədliyinin məqsədəuyğunluğu haqqında qərar qəbul olunaraq bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edilib. İnstitutun Populyasiya genomiksi laboratoriyasının müdiri, b.ü.f.d. Nurməmməd Mustafayevin 18-21 sentyabr 2023-cü il tarixlərində Almaniyanın Leyspiq şəhərində yerləşən Maks Plank Təkamül Antropologiyası İnstitutuna, Fotobioenergetika laboratoriyasına, kiçik elmi işçisi Çilənay Ələkbərovanın 4 il müddətinə “2019-2023 Dövlət Proqramı” çərçivəsində Fransanın Monpelye Universitetinə ezam edilməsi və digər kadr məsələləri müzakirə olunub.