sa sa 5138
“Elm” qəzetinin yeni sayı işıq üzü görüb Sen 18, 2023 | 15:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin 3 dildə fəaliyyət göstərən həftəlik mətbu orqanı olan “Elm” (“Наука”; “Science”) qəzetinin növbəti sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, AMEA Rəyasət Heyətinin iclası, Akademiyada AFAD-ın nümayəndə heyəti ilə keçirilən görüş, “Heydər Əliyev İli” çərçivəsində AMEA-da nəşr olunan kitabların siyahısı, “Çağdaş Azərbaycan şeirində Heydər Əliyev və istiqlal obrazları”, “Muğanın qədim arxeoloji mədəniyyəti” sərlövhəli məqalələr, AMEA-nın müxbir üzvü Şahbaz Muradovla müsahibə və digər informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az