sa sa 2115
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı faciəsinin 27-ci ildönünümünə həsr olunmuş tədbir keçirilmişdir. + Foto Fev 26, 2019 | 15:07 / Tədbirlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Xocalı soyqırımı”nın  27-ci ildönümüylə bağlı tədbir keçirilmişdir. Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanmışdır. Tədbirdə “Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi”nin baş mütəxəssisi Nigar Hacıyeva  Xocalı hadisələrini əks etdirən təqdimat ilə çıxış etmişdir. O, bildirmişdir ki, ermənilərin törətdikləri vəhşiliklər bizim tariximizdə qanla əks olundu və yaddaşımızdan heç zaman silinməyəcək. O, 1992-ci il soyuq qış gecəsində erməni qəsbkarlarının qoca, qadın, körpə demədən Xocalı əhalisinə aman verməyərək, ən ağır işgəncələrlə qətlə yetirdiklərini qeyd etmişdir.

AMEA-nın müxbir üzvü İbrahim Əzizov o hadisələrin şahidi olmayan gənc nəslin Xocalı soyqırımının tanınmasındakı fəallığını təqdirəlayiq qiymətləndirmişdir. O qeyd etmişdir ki, böyükdən kiçiyə hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azadlığı uğrunda döyüşə hazır olmalıdır. B.ü.e.d Şahniyar Bayramov 20-ci əsrin sonlarının xalqımız üçün çox ağrılı keçdiyini, Xocalı soyqırımının o dövrün ən qanlı faciəsi olduğunu vurğulamışdır.

Yekun olaraq tədbir iştirakçıları Xocalı qurbanlarının qisasının tezliklə alınacağına və bayrağımızın Qarabağda dalğalanacağına inamlarını bildirmişlər.