sa sa 1427
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi II Şəhidlər xiyabanını ziyarət edib + Foto Sen 27, 2023 | 13:59 / Mühüm hadisələr

Bu gün 27 Sentyabr-Anım günü münasibətilə AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun  kollektivi II Şəhidlər xiyabanını ziyarət edib, I və II Qarabağ Müharibəsi şəhidlərinin və son dövrlərdə aparılan  antiterror əməliyyatları zamanı həlak olan Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər. Onlar ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların ruhuna dualar oxuyub və məzarlarının üzərinə tər çiçəklər düzüblər. İnstitutun baş direktoru, akademik İradə Hüseynova və əməkdaşlar şəhidlərin yaxınlarına baş sağlığı verərək onlara Allahdan səbr diləyiblər.