sa sa 5339
Fotosintez edən heyvan Sen 28, 2023 | 14:50 / Maraqlı məlumatlar

"Elysia chlorotica" adlanan bu çılpaq dəniz ilbizi yosunlardan aldığı fotosintetik orqanoidlərlə günəş enerjisini karbohidrata çevirir.

ABŞ-ın Nyu-Cersi ştatındakı Rutgers Universitetinin alimləri Amerika qitəsinin şimalında Kanadanın Nova Scotia adaları və Florida sahillərinda "Elysia chlorotica" adlı çılpaq dəniz ilbizi aşkar etmişlər.

Yosunlarla qidalanan bu molyuska təxminən 5 santimetr böyüklüyündədir. Qidalanarkən qəhvəyi yosunlardan aldığı milyonlarla plastid ilbizin mədə nahiyəsinə yerləşərək kiçik günəş paneli funksiyasını yerinə yetirir. Orqanoidlər bağlandıqları bitki hüceyrəsi nüvəsindən ayrılsalar da, heyvan hüceyrələrində fotosintezdə fəaliyyətini davam etdirə bilirlər. Bu hadisə kleptoplastika adlanır və bu sözün mənşəyi yunanca oğru mənasını verən 'klepto-' şəkilçisindən gəlir.

Maraq doğuran əsas məsələ xloroplastların heyvan hüceyrələrində necə uzun müddət aktivliklərini saxlaya bilmələridir.Bu istiqamətdə aparılan tətqiqatlar nəticəsində bir neçə ehtimal irəli sürülmüşdür. Ehtimallardan biri, yosunların xloroplastlarla birlikdə bu geni hüceyrələrə aparmaq üçün ilbizin bağırsaqlarında işlənməsidir. Daha sonra bu genlər ilbizin  DNT-si ilə birləşərək heyvanın lazımi zülalları istehsal etməsinə şərait yaradır və "oğurladığı" xloroplastların fəaliyyət göstərməsinə şərait yaradır.

Başqa bir ehtimal, ilbizdəki bir virusun yosun hüceyrələrindən ilbiz hüceyrələrinə DNT daşımasıdır, lakin Rumpho hələ bu istiqamətdə heç bir dəlil tapmadıqlarını bildirir.

Tədqiqata rəhbərlik edən professor Debashish Bhattacharya deyir ki -"Bu tədqiqatlar süni fotosintez məsələsini gündəmə gətirir. Əgər  bitki hüceyrəsindən təcrid olunmuş plastidlərin heyvan hüceyrələrində necə işlədiyini anlaya bilsək, “yaşıl maşınlar” dizayn edə və bioenerji istehsal edə bilərik".

Fotobioenergetika laboratoriyasının kiçik elmi işçisi Könül Cümşüdlü