sa sa 5193
Bitki fiziologiyası üzrə dissertasiya işi Elmi seminarda müzakirə olunub + Foto Sen 29, 2023 | 12:09 / Seminarlar

Sentyabrın 29-da AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya şurasının elmi seminarında institutun Bioadaptasiya laboratoriyasının elmi işçisi Nərgiz Bayramovanın 2411.02-“Bitki fiziologiyası” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsi keçirilib. “GLRaV-3 patogenezi zamanı üzüm bitkisində fizioloji və anatomik dəyişikliklərin tədqiqi” mövzusunda təqdim edilən dissertasiya işinin elmi rəhbəri MBBİ-nin Baş Direktoru, akademik İradə Hüseynovadır. N.Bayramova dissertasiyanın əsas müddəalarını ətraflı şərh edib və mövzu ətrafında geniş müzakirələr aparılıb. Şura üzvləri iddiaçıya öz təkliflərini bildirərək işin mövzusunun müasirliyini, aktuallığını, elmi və praktiki əhəmiyyətini qeyd ediblər. Səsvermənin nəticəsinə əsasən Nərgiz Bayramovanın dissertasiya işinin əsas müdafiəyə buraxılması haqqında qərar qəbul edilib.