sa sa 5091
“Elm” qəzetinin növbəti sayı çap olunub Sen 29, 2023 | 12:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin 3 dildə fəaliyyət göstərən həftəlik mətbu orqanı olan “Elm” (“Наука”; “Science”) qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət etmələrinə dair məlumat və “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının Sərəncamı yer alıb.

Bundan əlavə, Bakıda Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Uluslararası Oğuz Türkcəsi Konfransı”, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Beynəlxalq Elmi Şuranın Assambleyasının iclasında çıxışı, Mir Cəlal Paşayevin qazax dilində, Kemel Tokayevin Azərbaycan dilində kitablarının təqdimatı, AMEA-nın kollektivinin Zəfər parkını ziyarət etməsi, “Böyük Zəfərdən tam və qəti Qələbəyədək” mövzusunda konfrans, Macarıstanın “VIBROCOMP” şirkəti ilə Fizika İnstitutu arasında imzalanan müqavilə, akademik Rasim Əliquliyevin II Beynəlxalq Mühəndislik Elmləri konfransının açılışında çıxışı, “Ulu Öndər Heydər Əliyevə həsr olunmuş biblioqrafik məlumatlar”, “100 yaşlı Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” sərlövhəli məqalələr və digər informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az