sa sa 1451
MBBİ-nin əməkdaşları "Horizon Avropa" layihələrin hazırlanması təlimində iştirak ediblər + Foto Okt 03, 2023 | 12:09 / Mühüm hadisələr

MBBİ-nin Bioadaptasiya  laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Nərgiz Sultanova və kiçik elmi işçisi Naimə Niyazova Avropa Komissiyası (AK) Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığına Dəstək, Azərbaycan tədqiqatçılarının, dövlət və özəl sektorlardan olan mütəxəssislərin "Horizon Avropa" Proqramında uğurlu iştirakının təmin edilməsi məqsədilə 26-27 sentyabr  2023-cü il tarixlərində təşkil olunmuş layihələrin hazırlanması təlimində (Horizone Europe Proposal Writing Camp)  iştirak ediblər. Layihələrin hazırlanması üzrə təlimin məqsədi Azərbaycandan olan tədqiqatçılar və innovatorlara "Horizon Avropa" Proqramının yeni çağırışlarına yüksək keyfiyyətli və rəqabətədavamlı layihə təkliflərinin hazırlanması, onların Avropa tədqiqat və innovasiya şəbəkəsinə inteqrasiya olunmasıdır. Təlimdə Horizon Europe təkliflərinin əsas elementləri olan Excellence, İmpact, İmplementation/work plan üzrə ekspert çıxışları və müxtəlif klasterlər üzrə qrup tapşırıqları həyata keçirilib.