sa sa 1420
Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar + Foto Okt 04, 2023 | 15:52 / Mühüm hadisələr

Oktyabrın 4-də Azərbaycan Turizm va Menecment Universitetinin “Qida mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili alan 3-cü kurs tələbələri müəllimləri b.ü.f.d., dos. Məmmədli Gülnar ilə birlikdə AR ETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar. Tələbələr institutun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları ilə tanış olub, aparılan elmi tədqiqat işləri haqqında məlumat alıblar. İnstitutun icraçı direktoru b.ü.f.d. Ələmdar Məmmədov tələbələrin bir mütəxəssis kimi formalaşmasında təhsil və təcrübənin əlaqələndirilməsinin zəruriliyindən bəhs edib. Tələbələr Bioadaptasiya, Genomun quruluşu və ekspressiyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası, Bitki biotexnologiyası, Xloroplastların fotokimyası, Fotobioenergetika, Hüceyrənin membran sistemləri laboratoriyaları ilə tanış olublar. Biologiya üzrə elmlər doktorları Səftər Süleymanov, Şahniyar Bayramov, b.ü.f.d. Samirə Rüstəmova, Səmra Mirzəyeva, Nərgiz Sultanova, Mayaxanım Xanışova və başqaları laboratoriyalarda aparılan elmi-tədqiqat işləri, alınan nəticələr və nailiyyətlərdən bəhs ediblər.