sa sa 4960
“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb Okt 06, 2023 | 15:00 / Nəşrlər

AMEA-nın Rəyasət Heyətinin 3 dildə fəaliyyət göstərən həftəlik mətbu orqanı olan “Elm” (“Наука”; “Science”) qəzetinin növbəti sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirakına dair məlumat və “T.H.Kərimlinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında” ölkə başçısının Sərəncamı yer alıb.

Bundan əlavə, AMEA-nın Rəyasət Heyətində akademik Xoşbəxt Yusifzadə ilə keçirilən vida mərasimi, AMEA-da baş tutan “Heydər Əliyev 100: Türkiyə Yüz İli” mövzusunda beynəlxalq tədbir, akademik İsa Həbibbəylinin “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının ərəb və fars dillərində nəşrlərinin təqdimatında iştirakı, yeniləşən Akademiyada elektron xidmətlər şəbəkəsinin genişlənməsi istiqamətində atılan növbəti addımlar, “İlham Əliyevin bəşər tarixinə verdiyi ən böyük töhfə, insanlıq dərsləri və Zəngəzur dəhlizinin üfüqləri”, “Görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı”, “Ziya Bünyadov fenomeni”, “Azərbaycan elminin inkişaf tarixində dərin iz buraxmış Cəmiyyət”, “Muğanın qədim mədəniyyətinə aid yeni tapıntılar” sərlövhəli məqalələr və digər informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az