sa sa 1315
“Həyat Elmləri və Biotibb” jurnalı daha bir nüfuzlu bazaya daxil edilib Okt 21, 2023 | 10:21 / Mühüm hadisələr

AMEA-nın ingilis dilində nəşr edilən “Həyat Elmləri və Biotibb” (Journal of Life Sciences and Biomedicine) jurnalının (ISSN: 2710-3447, 2710-4915) beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil edilməsi və indekslənməsi istiqamətində son dövrlərdə əhəmiyyətli uğurlar əldə edilib. Hər il müntəzəm olaraq 2 nömrəsi dərc edilən jurnalın elektron saytı (https://www.jlsbjournal.org) həm struktur, həm də məzmun baxımından təkmilləşdirilib, arxiv bazası genişləndirilib, son 13 ildə dərc olunmuş nömrələrin bütün məqalələrinə DOİ-lər alınaraq saytda yerləşdirilib.

Bu günlərdə “Həyat Elmləri və Biotibb” jurnalının müvafiq meyarlarla qiymətləndirmə proseslərindən uğurla keçərək indeksləndiyi bazalara daha biri əlavə edilib. Jurnal “ADVANCED SCIENCES INDEX™” (ASI), “AGRİS” (International System for Agricultural Science and Technology), “ASCI-Database” (Asian Science Citation İndex) bazalarının ardınca “ICI Journals Master List” (İndex Copernicus İnternational) bazasında da indekslənib. Həmçinin ICI bazasında jurnalın 2022-ci ildə fəaliyyəti ilə bağlı məlumatların yoxlanılması əsasında onun parametrik gücünün dəyəri hesablanıb: ICV 2022 = 83,18.

Hazırda jurnalın digər nüfuzlu bazalara daxil edilməsi istiqamətində intensiv fəaliyyət davam etdirilir.

science.gov.az